Azərbaycanda daha bir liqa dayandırıldı, çempion elan olundu

Azərbaycanda daha bir liqa dayandırıldı, çempion elan olundu

Naxçıvan Futzal Liqasının 2019-20-ci il mövsümü ilə bağlı yekun qərarlar qəbul olunub.

Sport7.az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.

İclasda ilin qarşıdakı dövrü üçün icra olunacaq işlər və koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Naxçıvan Futzal Liqasının (NFL) oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələlər müzakirə olunub.
 
Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, ölkə ərazisində karantin rejiminin uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün NFL oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə qəbul olunub.
 
Qərara əsasən, 16 oyuna 48 xal toplayaraq turnir cədvəlinə başçılıq edən "Nəqşicahan Holdinq” komandası mövsümün çempionu elan olunub. Reqlamentə əsasən yalnız aralarındakı şəxsi oyunun nəticəsinə görə geri qalan "Badamlı” (17 oyun, 48 xal) gümüş, "Panter” isə (17 oyun, 45 xal) bürünc medallara layiq görülüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR