Azərbaycanda Federasiyada yeni təyinat

Azərbaycanda Federasiyada yeni təyinat

Azərbaycan Alpaqut Federasiyası (AAF) Mədəniyyət Departamentinə rəhbər təyin edilib.

Sport7.az xəbər verir ki, Alpaqut Federasiya idarə heyətinin qərarına uyğun olaraq Federasiya prezidenti Qüdrət Nuriyevin müvafiq əmri ilə Elnur Nemətov Mədəniyyət Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. 

Mədəniyyət Departamentinin yeni rəhbəri Nemətov Elnur Şahin oğlu 19 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini İncəsənət Gimnaziyasinda, ali təhsilini isə Russiya Federasiyasının DQU-də alıb. Milli Qvardiyanın  əsgəri kimi həqiqi hərbi xidmət keçərək, 3 il XDMX-nin əməkdaşı olub. Bununla bərabər WKF, KKF və SWF üzvü olub. 2-ci DAN qara kəmərə layiq görülüb. KKF-nin Respublika çempionu, gümüş və bürünc mükafatçısı, WKF-nin Respublikanin bürünc mükafatçısı və klublar arası turnirin qalibi olub. SWF nin 1-ci dan qara kəmərə layiq görülüb və orta Asiya turnirin bürünc mükafatçısı olub.
 
2015-ci ildən bu günə qədər müğənniliklə məşğuldu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR