Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı

Afrikanın ən zəngin futbolçularının siyahısında dəyişiklik olub.

Sport7.az xəbər verir ki, bu haqda "Pulse.com.gh" nəşri məlumat yayıb. 2019/20 mövsümünün sonunda "Səbail"dən ayrılan Maykl Essyen 1 pillə irəliləməyi bacarıb.

32 milyon ABŞ dolları dəyərində sərvəti olan qanalı yarımmüdafiəçi həmyerlisi Asamoa Qyanı geridə qoyaraq 9-cu sıraya yüksəlib.

İlk 2 pillədə isə Samuel Eto və Didye Droqba qərarlaşıb.

Qeyd edək ki, 2019-cu ilin martından cari mövsümün sonunadək "Səbail"in formasını geyinmiş Maykl Essyen sərvətinin böyük hissəsini İngiltərənin "Çelsi" komandasında çıxış edərkən toplayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR