"Azərbaycandan təkliflər alıram" - Dmitri Nazarov

"Azərbaycandan daim təkliflər alıram". 

Sport7.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Almaniyada "Aue" klubunun şərəfini qoruyan 29 yaşlı futbolçu bu günlərdə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb. O, yerli mətbuata açıqlamasında klubunda özünü yaxşı və dəyərli hiss etdiyini bildiib: "Bu səbəbdən klubumla yeni müqavilə bağladım. Yeni sözləşmə imzalamazdan əvvəl baş məşqçi ilə söhbətimiz yaxşı alındı. O, məni uzun müddət burda qalmaq üçün hər şeyə inandırdı. Tezliklə Milad mövsümü başlayacaq. Mən burdakı ənənəyə heyranam. Auedəki insanlar çox sevimli və istiqanlıdılar".

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR