Azərbaycanın “Fanat”ı

08 Oktyabr 2018, 13:36
08 Oktyabr
2018
13:36
318
Üç gün bundan əvvəl "Fanat.az” özünün
10 illik yubileyini qeyd edirdi. Kifayət qədər ciddi rəqəmdi. Azərbaycanda
internet mediasının yaşını, ümumiyyətlə, ictimai-siyasi xəbər saytlarının o qədər
də böyük tarixə malik olmadığını nəzərə alanda bu 10 rəqəminin tarixi əhəmiyyəti,
çəkisi daha da artır.
Azərbaycanda futbol klublarının hər il
tarixin yaddaşına köçdüyünü də yaxşı bilirik. Dövr o qədər qarışıq, zəmanə o qədər
ağırdı ki, bu gündən sabaha ümid saxlamaq, sabah nəyin necə olacağını
proqnozlaşdırmaq da olmur. Məmləkətdə milyonlarla büdcəsi olan futbol
klublarını 10 il ayaqda saxlamaq mümkünsüz bir işə çevrilibsə, bu məmləkətin
idmanından-futbolundan yazan bir saytı 10 il ayaqda saxlamaq, yaşatmaq özü bir
hünərdi. Həmin hünəri də "Fanat.az”ın kollektivi başda dəyərli Əli Sahib
olmaqla göstəriblər. Sevimli "Fanat.az”ı bu yaşına qədər qorumağı, 10 yaşın ləzzətini
dadmağı bacarıblar.
Ayaqda durmaq sözünü boşuna işlətmədim.
Nəfəs almaq, yaşamaq, illəri bir-birinin ardınca yola salmaq asan işdi. Bunu hərə
bir cür bacarır. Amma ayaqda dik durmağı, büdrəməməyi (əyilməməyi) hər adam
bacarmır. Ötən 10 ildə bunu çox görmüşük. Tamahına yenik düşənlər də olub,
yolunu və əqidəsini çox asanlıqla dəyişənlər də. Ayaqda durmağın, dik
dayanmağın əzəmətini nələrəsə qurban verənləri də həmin bu tarix yazıb. Əli
Sahib və "Fanat.az”ı büdətmək, yıxmaq, əymək heç kimə müyəssər olmayıb.
Tərif deyəndə özümü narahat hiss edirəm.
Xüsusən də bu tərifi dostlarım haqda demək mənim üçün heç də sevimli məşğuliyyətlərdən
deyil. Di gəl ki, atalarımız da "igidi öldür, amma haqını ver” deyiblər. Əli
Sahib mənim dostumdusa, mən onun rəhbərlik etdiyi sayt haqqında tərifli sözləri
gizlətməməli, dostlarımın haqqını verməkdə xəsis davranmamalıyam.
Bəli, Əli Sahib və onun rəhbərlik
etdiyi "Fanat.az” Azərbaycanın idman mətbuat üçün bir dəyərdi. Onun öz saytını
necə sevdiyini, "Fanat.az”ın təmiz adını, peşəkarlığını və operativliyini
qorumaq üçün hansı əziyyətlər çəkdiyini çox görmüşəm. Bu gün "Fanat.az” şərəfli
tarixi və 10 il ərzində keçdiyi yolla çox rahatlıqla öyünə bilər. Azərbaycanda
bir çox həqiqi dəyərlər öz real qiymətini almır, layiq olduğu yerdə olmurlar.
Amma bundan ötrü ruhan düşməyə dəyməz.
"Fanat.az” 10 ildi ki, Azərbaycan
idmanına və idman mətbuatına xidmət edir. Bundan sonra çox 10 illilklər keçəcək.
"Fanat.az” öz yolundan dönməyəcək. Çünki o, Azərbaycanın "Fanat”ıdı. Fanatlar
üçünsə öz sevdiklərindən və inanaraq getdikləri yoldan daha dəyərli heç nə
yoxdu.
10 yaşın mübarək olsun, "Fanat.az”! Həmişə
belə əzəmətli qal!
Amal ABUŞOV
Digər xəbərlər
-
GÜNDƏM, Manşet, Köşə
Çempion ömrün 54-cü ili
-
GÜNDƏM, Manşet, Köşə
Bordinin bir barmağın kəssən... - Aktual
-
Ölkə Futbolu, Manşet, Köşə
Klublar Komitəsi qış yuxusunda, İK meydan sulayır
-
Manşet, Köşə
Mehdi(yev) Əhmədova kömək edə bilməyəcək
-
Manşet, Köşə
“Neftçi”nin Kamranı xatırlaması
-
Ölkə Futbolu, Köşə
Fərqli adlar, eyni adamlar - YAZI
-
Manşet, Köşə
Azərbaycan futbolunda süni fırtına
-
Manşet, Köşə
Elxan Məmmədova Yeni il arzum
Xəbər lenti
-
02:12"Lion" - "Barselona" - 0:0 (VİDEO)
-
02:10"Liverpul" - "Bavariya" - 0:0 (VİDEO)
-
01:56Çempionlar Liqasında qolsuz gecə
-
23:38Darmadağından sonra gələn qələbə
-
20:05Maykl Bizli Çin klubu ilə anlaşdı
-
19:57İkardinin həyat yoldaşından "İnter"ə ultimatum: Kapitanlıq sarğısını geri qaytarın
-
19:49Sulşer Mourinyunu qabaqladı
-
17:54Milliyə yararsız əcnəbi futbolçular gətirilir - proses bərpa olunur
-
17:53Harri Keyn komanda ilə birlikdə məşqlərə başlayıb
-
17:23Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA
-
16:53"Riberisiz bu 10 il necə keçərdi, bilmirəm" - Aryen Robbenlə keçmişə, bu günə və sabaha dair
-
15:51İqor Mitreski: "Neftçi”nin yeri başqadır"
-
15:20Lebron Ceymsin əvəzinə Andre İqudala
-
14:32"Tarixə topla səyahət" - 1992
-
13:58"Mən xəyallarımı yaşamışam. Neçə insan həyatı haqda eynisini deyə bilər?" - Ronaldunun hekayəsi
-
13:31AFFA "Sabah"ı cəzalandırdı
-
13:11Latviyaya gedən futbolçumuzun məşqçisi: "Əzmkardı, texnikalıdı və meydançanı yaxşı görür"
-
12:53Voznyaki Dubayda keçirilən turnirdə iştirakdan imtina etdi
-
12:20Püşk atıldı: "Mançester Siti" "Suonsi" ilə, MY "Vulverhempton"la qarşılaşacaq
-
12:05Millimizdən iki bürünc medal
-
11:39"Barselona" Yoviçi transfer etməyə daha yaxındı
-
11:17Bəs sən klubunun himnini bilirsən? - ARAŞDIRMA
-
10:55İlin idmançıları - Novak Cokoviç və Simon Baylz
-
10:31Azərbaycanlı idmançı Rusiyada adam öldürdü - FOTO
-
09:53Təyinatlar açıqlandı
-
09:30Əsədov: "Daha çox pula gələnlər yola verir"
-
01:34"Mançester Yunayted" "Çelsi"ni mübarizədən kənarlaşdırdı - VİDEO
-
22:35Ofsayda düşən hakimlər
-
21:37Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı
-
21:07Qrizmann: "Atletiko"nun oyun tərzini dəyişmək kimi bir niyyəti yoxdu"
-
20:53"Bavariya" ilə oyun ərəfəsində "Liverpul"da ciddi itkilər var
-
18:27"İkardinin "Yuventus"la bağlı fikrini öyrənmək istəyirdik" - Fabio Paratiçi
-
18:20Yurçeviçli yığma yoldaşlıq görüşü keçirəcək
-
17:29"Bütün karyeram boyu yalnız bir sağlam ayaqla oynamışam" / Roberto Baccio - 52
-
17:09Uşaq evindən Azərbaycan millisinə - Qız hara, futbol hara?! (VİDEO)
-
16:23Namik Ələsgərov üçün yubiley
-
16:17"Napoli"nin əfsanəsi Hamşik Çin klubu ilə müqavilə imzaladı
-
16:06AFFA milliyə rəqib tapa bilmir
-
16:03Yurçeviç Məşqçilər Komitəsi ilə niyə görüşmür?: "Buna öyrəşmişik"
-
15:23Mourinyu: "Özümü Fransa çempionatında təsəvvür edə bilirəm"
-
15:16"Görürdüm ki, burda oynamağa imkan yoxdu, "şələ-şülə"mi yığırdım..."
-
14:59Millimizin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
-
14:44Əliyar Ağayev "Sumqayıt"ın oyununda
-
14:36"Mançester Yunayted" De Xea üçün fantastik təklif hazırlayır
-
14:23"Bavariya" "Liverpul"la oyunda Boatenq və Riberidən istifadə edə bilməyəcək
-
14:12Federer Nisikori ilə yerini dəyişdi, Cokoviç liderliyini davam etdirir
-
13:43Vüsalədən atmaca: "Bəzi xanım azarkeşlərimiz buqələmun kimidir, rəngləri bilinmir"
-
13:32Simona Halep yenidən ikinci sırada, Serena Uilyams ilk onluğa qayıtdı
-
13:10Elçin Mustafayev: "Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdır"
-
13:0270-ci səfər məğlubiyyəti
19 Fevral 2019
18 Fevral 2019