Azərbaycanın gimnastı olimpiya çempionu oldu

Azərbaycanın gimnastı olimpiya çempionu oldu
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Sport7.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə lent yarışında qalib olub.

Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.
 
Sport7.az

Xəbər lenti