Azərbaycanın iki velosipedçisi İsveçrədə təcrübə keçəcək

Azərbaycanın iki velosipedçisi İsveçrədə təcrübə keçəcək

Azərbaycanın iki velosipedçisi İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzində təcrübə keçəcək.

Sport7.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub. Sövdələşməyə əsasən, Azərbaycanın U-23 yığmasının üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev İsveçrədə 6 ay təcrübə keçəcəklər.

İdmançılar yanvarın 15-dən Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla ustalıqlarını artıracaqlar.

Qeyd edək ki, UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə 2 idmançı eyni anda adı çəkilən mərkəzdə ustalığını artıqmaq şansı əldə edib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR