Azərbaycanlı atlet 35 illik rekordu qırdı

Azərbaycanlı atlet 35 illik rekordu qırdı
İspaniyanın Tarraqona şəhərində keçirilən 18-ci Akdeniz Oyunlarında 200 metr məsafəyə qaçış üzrə yarışa çıxan Türkiyədə çıxış edən azərbaycanlı atlet Ramil Quliyev daha bir uğur qazanıb.
 
Sport7.az xəbər verir ki, "Fənərbaxça”lı dünya çempionu, 20,15 saniyə göstərici ilə 35 illik rekordunu qırıb və qızıl medala sahib çıxıb.

İtaliyalı Eseosa Desalu (20.77) ikinci, fransız Mikael-Meba Zeze (20.78) üçüncü olub.
 
Sport7.az

Xəbər lenti