Azərbaycanlı atlet dünya çempionu oldu

Azərbaycanlı atlet dünya çempionu oldu
Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda dünya çempionu olub.

Sport7.az xəbər verir ki, Londonda kişilər arasında 200 metr məsafəyə qaçış üzrə final keçirilib. "Fənərbaxça"nın idmançısı lan Quliyev 200 metr məsafəni 20,09 saniyədə qət edərək qızıl medal qazanıb və Türkiyənin tarixinə düşüb. 
 
Gümüş medalı 20,11 saniyə nəticə ilə CAR təmsilçisi Vayde van Nikerk, bürünc medalı isə eyni göstərici ilə Trinidad və Tobaqolu Jerem Riçards əldə edib.
 
2011-ci ildən Türkiyəni təmsil edən Ramil Quliyev karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.
 
Sport7.az

Xəbər lenti