Azərbaycanlı Avropa çempionu 61 yaşını qeyd edir

Azərbaycanlı Avropa çempionu 61 yaşını qeyd edir

Bu gün Azərbaycan futbolunun tanınmış siması, "Sabah” FK-nın Müşahidə Şurasının üzvü İqor Ponomaryovun 61 yaşı tamam olur.
 
Sport7.az xəbər verir ki, Ponomaryov SSRİ yığmasının heyətində 1978-ci ildə yeniyetmələr arasında Avropa çempionu, 1979-cu ildə gənclər arasında dünya çempionatının gümüş, 1988-ci ildə isə olimpiya oyunlarının qızıl medalçısı olub.

SSRİ çempionatında "Neftçi” və ÇSKA (Moskva) klublarının heyətində çıxış etmiş sabiq hücumçu, ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə bu sahədə çempionatın rekorduna imza atıb. Veteran futbolçu SSRİ çempionatının 100 ən yaxşı bombardiri siyahısına düşüb. O, 1989-cu ildə "Norçöpinq” klubunun heyətində İsveç çempionu olub.
 
2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis, 2019/20 mövsümünün ilk yarısında "Sabah” FK-da müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərib. Komanda Ponomaryobun rəhbərliyi altında keçirdiyi 7 oyunda 11 xal toplayıb.
 
"Sabah” FK ailəsi mütəxəssisi doğum günü münasibətilə təbrik edib, can sağlığı, uzun ömür arzulayıb!

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR