Azərbaycanlı bloqer tribunadan yıxıldı -

Azərbaycanlı bloqer tribunadan yıxıldı - "Yuventus"un oyununda

Rusiyanın azərbaycan əsilli bloqeri Sübhan Məmmədov (Subo) stadionda qəza keçirib. 

Sport7.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Lokomotiv" - "Yuventus" qarşılaşmasının ikinci hissəsində meydana qaçmağı planlaşdırıb. Lakin Subo istəyinə nail olma bilməyib, tribunadan yıxılıb və qolunu qırıb.

İnstagramda 3,3 milyon izləyicisi olan Subo oyundan əvvəl "Uşaqlar, ikinci hissədə meydana çıxmağa hazırlaşıram. Qorxuram, amma düşünürəm ki, bu məndə alınacaq", deyə sosial şəbəkədə yazıb. 

Hadisə anında yerdə uzanıqlı vəziyyətdə özünü çəkən bloqerə dərhal tibb işçiləri tərəfindən kömək göstərib. Daha sonra isə, o, qolu qipsdə fotosunu paylaşıb. (Haqqın.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR