Azərbaycanlı futbolçu:

Azərbaycanlı futbolçu: "Koronavirus-filan - hamısı saxtadır"

Ukrayna təmsilçisi "Dinamo"nun (Kiyev) əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirusla bağlı vəziyyəti saxta adlandırıb. 

Sport7.az xəbər verir ki, bununla bağlı keçmiş yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində video paylaşıb: "Küçədə gəzdim, xalq çöldədir, insanlar çoxdur, uşaqlar lap çoxdur, hava yaxşıdır. Fikrimcə, koronavirus-filan - hamısı saxtadır. Kiməsə bu koronavirus lazımdır və kimsə bunların hamısını ortaya atıb. Bu gün İtaliyada 368 nəfərin öldüyünü eşitdim. Amma fikrimcə, bunların hamısı yalandı. Əsas odur ki, özünüzü qoruyun, sağlam olun".

COVID-19 ötən ilin sonlarında Çində qeydə alınıb. Son məlumatlara əsasən, bu xəstəlik 8 000-dən çox insanın həyatına son qoyub. Müalicə olunanların sayı isə 85 mindən çoxdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR