Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

"Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

Sport7.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi "Əl-Salmiyə” klubu ilə anlaşıb.

Artıq tərəflər 1 illik rəsmi müqaviləyə imza atıblar. Mirzəyev yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Əl-Salmiyə” bu yay Bakıda təlim-məşq toplanışında oldu, bir neçə klubumuzla yoxlama oyununda qüvvəsini sınadı. Sözügedən komandanın baş məşqçisi Kamalı da məhz "Qəbələ”yə qarşı keçirdikləri sınaq matçında görərək bəyənib. Küveyt klubunun bu transferə görə "Qəbələ”yə müəyyən məbləğdə təzminat ödədiyi iddia olunur.

Azərbaycanın U-21 millisində çıxış etmiş Mirzəyev "Qəbələ”nin yetirməsidi. O, AZAL, "Sumqayıt” və "Zirə”də də forma geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR