Azərbaycanlı futbolçu “Rostov”da

Azərbaycanlı futbolçu “Rostov”da

Yarımmüdafiəçi Ayaz Quliyev tezliklə "Rostov”a keçəcək.

Sport7.az xəbər verir ki, Quliyev "Spartak”ın əsas heyətindən qovulub və onu "Spartak-2”yə göndəriblər. Amma Moskva klubunun ikinci komandası hazırda fəaliyyət göstərmir. Belədə Quliyev fərdi məşqlərlə kifayətlənməlidi.

İntizamsızlığı ilə tanınan Ayaz Quliyev "Spartak”dan məşqçi Vlad Çepzanoviçlə münaqişə səbəbindən kənarlaşdırılıb.

Rostov şəhərinin eyniadlı komandası Quliyevi heyətinə qatmaqda maraqlıdı. 23 yaşlı futbolçu "Spartak”ın yetirməsi olsa da, "Rostov”dakı çıxışıyla məşhurlaşıb. "Rostov” həmyerlimizi 500 min avroya transfer etsə də, cəmi il yarım sonra onu ikiqat baha qiymətə "Spartak”a satmışdı.
 
Amma Ayazın "Spartak”dakı oyunu alınmadı. Bu mövsüm 11 oyuna çıxan Quliyev qol hesabını açmayıb, 5 dəfə sarı vərəqə alıb. Onun Moskva klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimidi.
 
Xatırladaq ki, AFFA zaman-zaman Ayaz Quliyevi milliyə cəlb etmək təşəbbüsü göstərib, amma futbolçu Azərbaycana gəlməyə maraq göstərməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR