Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa” da növbəti matçına çıxıb.

Səfərdə "Krılya Sovetov”la üz-üzə gələn Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının 25-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini verən Azər Premyer Liqanın təşkilat komitəsi tərəfindən bu matçın ən yaxşısı seçilib. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

"Ufa” 22 xalla 6-cı sırada qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR