Azərbaycanlı futbolçu Türkiyə klubunda - RƏSMİ

Azərbaycanlı futbolçu Türkiyə klubunda - RƏSMİ
"Kəpəz"in sabiq futbolçusu Tural Qürbətov karyerasını Tükiyədə davam etdirəcək. 

Sport7.az xəbər verir ki, 24 yaşlı hücumçu qardaş ölkənin həvəskar liqasında çıxış edən "Atakum Bələdiyyəspor"da forma geyinəcək. 

O, klub ilə 1 illik müqavilə imzalayıb. 

"Atakum Bələdiyyəspor"un prezidenti  Mehmed Aydın Türkiyə mətbuatına açıqlamasında Qürbətovun transferi ilə bağlı bunları söyləyib: "Bizim qarşımıza qoyulan tapşırıq III liqaya yüksəlməkdi. Transferlərimiz siyasətimizə uyğundu. Biz uzun müddət Turalı izlədik. O, futbolçu və insan kimi klubumuza uyğundu. Azərbaycan bizə yaxın ölkədi. Ona görə Turalın komandaya adapte olmasında çətinlik olmayacaq".
 

 
Sport7.az

Xəbər lenti