Azərbaycanlı futbolçu Ukraynada əməliyyat olundu

Azərbaycanlı futbolçu Ukraynada əməliyyat olundu

İlin əvvəlində Gürcüstan klubu "Merani” ilə 1 illik müqavilə imzalayan Tural Rzayev zədələnərək sıradan çıxıb.
 
Sport7.az xəbər verir ki, pandemiya ilə əlaqədar müayinəsi gecikən yarımmüdafiəçi nəhayət, ötən gün Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunub. Rzayev tanınmış cərrah Ruslan Serqienkonun Tibb Mərkəzində ilkin reabilitasiyanı tamamladıqdan sonra vətənə qayıdacaq və bərpa prosesini ölkəmizdə keçəcək.
 
27 yaşlı futbolçu karyerası ərzində Azərbaycanda "Kəpəz” və "Zirə"nin, ölkə xaricində isə Litva təmsilçisi "Janova”nın şərəfini qoruyub.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR