Azərbaycanlı futbolçunun erməni prezidenti – ÖZƏL

Azərbaycanlı futbolçunun erməni prezidenti – ÖZƏL


Azərbaycandan kənarda çıxış edən onlarla futbolçu həmyerlilərimiz var. Bunlardan biri də Qazaxıstanın "Şaxtyor” klubunun uğurları üçün çalışan Akif Həsənovdu.

Ötən ilin may ayında U-19 millimizin seleksiya xaraterli məşqlərinə dəvət olunsa da, sonradan klubu ona yığmamıza qoşulmağa icazə verməyib. Hər halda bir müddət öncə bu barədə futbolçunun özü Azərbaycan mətbuatına açıqlamasında bildirmişdi. 

Qısa arayış olaraq bildirək ki, uzun müddət öncə ata-babaları Qazaxıstana köçən Akifin valideynləri də orada dünyaya gəlib. Əslən Biləsuvardan olan Akifin özü də Karaqanda şəhərində anadan olub. 

Məsələ burasındadı ki, Həsənovun çıxış etdiyi klublda bağlı maraqlı məlumat əldə etmişik. Sport7.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə,  hazırda bu kluba erməni əsilli Sergey Yeqorov rəhbərlik edir. O, prezidentlik postuna təxminən 2 ay bundan öncə əyləşib. Müxtəlif vaxtlarda futbolçu kimi "Şaxtyor”un formasını geyinmiş erməni əsilli prezident bu postda Anatoli Novikovu əvəz edib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR