Azərbaycanlı futbolçunun oynadığı klub satılır

Azərbaycanlı futbolçunun oynadığı klub satılır

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etiyi "Ufa" satılır.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun idarə heyətinin sədri Rostislav Murzaqulov danışıb. O açıqlamasında klubun ərəb və ya avstriyalı investorlara satıla biləcəyini açıqlayıb. Klub rəsmisi artıq bununla bağlı danışıqlara başlanıldığını vurğulayıb.
 
Murzaqulov ona ünvanlanan suallara "Danışıq apardığımız şirkətlər arasında həm ərəb, həm də Avstriya təmsilçiləri var. Eyni zamanda klubun tamamilə satılması haqda müzakirələr aparmırıq. Çünki bu respublikanın mülkiyyətidi və əhalinin 2/3 hissəsi dəstəkləyir. Yeni sponsorun klubun inkişafına təkan verəcəyindən məmnun olacağıq və danışıqlarımız davam edir" sözlərini söyləyib.
 
2014-cü ildən Rusiya Premyer Liqasında çıxış edən Başqırdıstan klubu hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR