Azərbaycanlı futbolçunun yeni klubu müəyyənləşdi

Azərbaycanlı futbolçunun yeni klubu müəyyənləşdi

Ötən ilin dekabrında "Ufa”dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni klubu müəyyənləşib.

Sport7.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi digər Premyer Liqa təmsilçisi "Tambov”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.

Azərin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda "Rotor”la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

20 oyunda 13 xal toplayan "Tambov” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR