Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Əliyev CEV kubokunun 1/16 final mərhələsinin matçına təyinat alıb.
Sport7.az xəbər verir ki, Eldar Əliyev, kişi voleybolçular arasında keçiriləcək "Lokomotiv” (Rusiya)–"Çaumont” (Fransa) oyununda ikinci hakim olacaq.
Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq.
Sport7.az