Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Sport7.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının "B” qrupunda mübarizə aparan Rusiyanın "Uraloçka” və Fransanın "Nant” komandaları arasında keçiriləcək görüşü idarə edəcək.

Qrup mərhələsinin ikinci turunun oyunları çərçivəsində noyabrın 24-də Rusiyanın Nijnıy Taqıl şəhərində təşkil olunacaq matçda E.Zülfüqarov ikinci hakim olacaq. Matçı belçikalı baş hakim Mari-Katerin Bulanje idarə edəcək.

"B” qrupunda "Uraloçka”, "Nant” ilə yanaşı, Türkiyənin "Fənərbağça” və İtaliyanın "Konelyano” klubları mübarizə aparacaq. Bu qrupun oyunlarına noyabrın 10-da start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR