Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi olub

Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi olub

Azərbaycanın triatlonçusu Rostislav Pevtsov Portuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa kubokunda qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, idmançı 58 atletin mübarizə apardığı yarışı 52 dəqiqəyə başa vurub. 

R. Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançı 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 09 saniyəyə bitirib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə Azərbaycan millisinin digər üzvü Kseniya Levkovskaya 1 saat 02 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.

Qeyd edək ki, idmançılarımız Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Onlar dünya və Avropa çempionatları, dünya və Avropa kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR