Azərbaycanlı idmançı dünya çempionu oldu

Azərbaycanlı idmançı dünya çempionu oldu
Polşanın Mlava şəhərində xüsusi qrup insanlar arasında keçirilən 64 xanalı dama üzrə dünya çempionatına yekun vurulub.

Sport7.az xəbər verir ki, "Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb.
 
İdmançımız İsveçrə sistemi üzrə keçirilən mötəbər turnirdə 7 tura 13 xal toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib olub.
 
Sport7.az 

Xəbər lenti