Azərbaycanlı jurnalistlər

Azərbaycanlı jurnalistlər "Apollon"un baş məşqçisini baykot etdi!

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsində Kiprin "Apollon" klubunu mübarizədən kənarlaşdırdı. Sport7.az xəbər verir ki, "qırmızı-qaralar" səfərdən 1:1 hesablı başa çatan matçın revanşında kiprliləri Cavid Hüseynovun penaltidən vurduğu qolla məğlub yola saldı.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında maraqlı hadisələr yaşanıb. Belə ki, "Apollon"un baş məşqçisi ilk olaraq Kipr mətbuatına açıqlama vermək istəyib. Bu da azərbaycanlı media nümayəndələrinin narazılığına səbəb olub. Bu səbəbdən bir neçə jurnalist rəqibin çalışdırıcısını baykot edərək, mətbuat konfrasını tərk edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR