Azərbaycanlı koordinator

Azərbaycanlı koordinator "Zenit"in oyununda

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti etimad göstərilib.
 
Sport7.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası həmyerlimizi Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa təyinat alıb.

O, "Zenit” (Rusiya) və "Hypo Tirol Alpenvolleys Haching” (Avstriya) matçının supervayzeri olacaq.
 
Matç martın 3-də Sankt Peterburqda "Sibur Arena”da təşkil ediləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR