Azərbaycanlı məşqçi İndoneziyadan qayıda bilmir: “Səfirliklə daim əlaqə saxlayıram”

Azərbaycanlı məşqçi İndoneziyadan qayıda bilmir: “Səfirliklə daim əlaqə saxlayıram”

"Ölkə çempionu olmaq çox gözəl hissdir. Amma təəssüf ki, "dördlər finalı"nı oynamadıq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Cakarta" voleybol komandası ilə İndoneziyanın çempionu olan baş məşqçi Ziya Rəcəbov deyib.
 
38 yaşlı mütəxəssisin sözlərinə görə, "dördlər finalı"nda da çempion ola bilərdilər: "İnanırdım ki, yarış keçirilsəydi, biz yenə qalib olardıq. Çünki komandamız həqiqətən özünü yaxşı tərəfdən göstərə bildi. Azərbaycanlı voleybolçular Odina Əliyeva və Natalya Məmmədova ilə birlikdə yerlilər də yaxşı çıxış etdilər. Çempion olmaq, Vətənə bu titulla qayıtmaq çox gözəl hissdir. Özümüzlə fəxr edə bilərik. Burada Azərbaycanı təmsil edirəm, bu, mənim üçün şərəfdir. Azərbaycanlı oyunçularımız üçün də belədir. Bu, tək bizim yox bütün ölkənin uğurudur".

Rəcəbov İndoneziyada bir neçə təklif almasına baxmayaraq, bunların içində "Cakarta"nın olmadığını etiraf edib. O, digər klubların da adlarını açıqlamaq istəməyib: "Hələlik tələsmirəm və gözləmə mövqeyindəyəm".

Baş məşqçi İndoneziyada yenə işləmək istədiyini və oranın özünə əlverişli olduğunu sözlərinə əlavə edib. Hazırda isə Azərbaycana qayıtmaq istəyən Rəcəbov səfirliklə daim əlaqə saxladığını və bu barədə bir yeniliyin olmadığını söyləyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR