Azərbaycanlı məşqçinin komandası İndoneziyada çempion oldu

Azərbaycanlı məşqçinin komandası İndoneziyada çempion oldu

Azərbaycan voleybolçuları - Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu İndoneziyanın "Cakarta” klubu ilə çempion tituluna yiyələniblər.

Sport7.az xəbər verir ki, həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub. Buna səbəb onların müntəzəm çempionatda bütün rəqiblərini üstələməsidi. Nəticədə koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi "Cakarta”nın birinci olması ilə yekunlaşıb.

Odina Əliyeva isə birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR