Azərbaycanlı qapıçı Türkiyə klubu ilə müqavilə bağladı - FOTOLAR

Azərbaycanlı qapıçı Türkiyə klubu ilə müqavilə bağladı - FOTOLAR

Türkiyənin həvəskarlar çempionatında çıxış edən klubu "Bartınspor" ötən mövsüm "Sərhat Ardahanspor"da forma geymiş azərbaycanlı qapıçı Elnar Kərimovu heyətinə qatıb.

Sport7.az xəbər verir ki, "Bartınspor"un qapıçısı Ahmet Aratın "Yeni Amasyaspor"la anlaşmasından sonra əlavə qolkiperə ehtiyac duyulub.

Ötən mövsüm Türkiyədə göstərdiyi oyunla bir çox komandaların "radar"ına düşən Kərimova hamıdan əvvəl "Bartınspor" rəhbərliyi sahib çıxıb. Ötən həftə sonu futbolçumuza bu klubdan ilk təklif gəlib. İyunun 15-i isə Elnar Bartına gəlib. Baş məşqçi Muammər Ayvazın da razı olduğu bu qapıçının müqavilə imzalaması mərasimində "Bartınspor"un prezidenti Mehmet Somaklı, idarəçilər - Mustafa Gənç, Endər Sarı və İsmail Kalafat iştirak edib. 

Qeyd edək ki, Azərbaycanda "Ədliyyə", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klublarda çıxış etmiş Elnar Kərimov ötən mövsüm "Sərhat Ardahanspor"la II dəstəyə çıxmağa çox yaxın olub. Təcrübəli qapıçı ötən mövsüm Türkiyədə cəmi 18 qol buraxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR