Azərbaycanlı referi beynəlxalq dərəcə aldı

Azərbaycanlı referi beynəlxalq dərəcə aldı

Daha bir referimiz beynəlxalq dərəcəli hakim adına layiq görülüb.
 
Sport7.az xəbər verir ki, Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər. Nəticədə Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxaq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.

Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
 
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR