Azərbaycanlı sabiq futbolçu ilk döyüşündə uduzdu

Azərbaycanlı sabiq futbolçu ilk döyüşündə uduzdu

Futbol karyerasını bitirdikdən sonra boksla məşğul olmağa başlayan Ukrayna millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev ilk döyüşünə çıxıb.
  
Sport7.az xəbər verir ki, ukraynalı aktyor və model Nikita Vakulyuk ilə qarşılaşan Aleksandr məğlub olub. 

3 raunddan ibarət görüş "Döyüş" şousu çərçivəsində təşkil olunub. Burada məşhurlar boks qaydaları ilə döyüşlər keçirirlər.

Qeyd edək ki, 35 yaşlı Aleksandr Əliyev Kiyev "Dinamo"sunun heyətində ikiqat Ukrayna çempionu və ölkə kubokunun qalibi olub. O, futbolçu karyerasını 20016-cı ildə başa vurub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR