Azərbaycanlı Xaqan Türkiyədə 2-ci oldu

Azərbaycanlı Xaqan Türkiyədə 2-ci oldu
14 yaşlı Xaqan Əliyev Türkiyədə gümüş medal qazanıb.

Sport7.azxəbər verir ki, Türkiyədə xüsusi qayğıya ehtiyacı olan idmançılar arasında stolüstü tennis çempionatı keçirilib. Ölkəmizi bu yarışda Autizmlilər İdman Klubu təmsil edib.

Klubun rəhbəri Elnur Məmmədlinin verdiyi məlumata görə, Azərbaycan komandası bu yarışa Gənclər və İdman nazirliyinin dəstəyi ilə qatılıb. Komandamıza yeganə medalı isə 14 yaşlı Xaqan Əliyev qazandırıb.

O, qazandığı xallar sayəsində fəxri kürsünün 2-ci pilləsinə qalxıb və gümüş medala layiq görülüb.


Xəbər lenti