Azərbaycanlının erməni məşqçisi postundan getdi

Azərbaycanlının erməni məşqçisi postundan getdi
 
Əslən azərbaycanlı olan Ayaz Quliyevin formasını geydiyi "Anji"nin erməni baş məşqçisi Aleksandr Qriqoryan postundan ayrılıb.
 
Sport7.az xəbər verir ki, 50 yaşlı mütəxəssis qərarını Rusiya çempionatının 6-cı turundan sonra açıqlayıb. Mütəxəssis evdə Moskva "Dinamo"suna 1:3 hesablı yenilgidən sonra çıxış yolunu klubu tərk etməkdə görüb.
 
O bunu ardıcıl məğlubiyyətlərlə əsaslandırıb. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 15-ci yerdədi.
 
Moskva "Spartak"ından icarəyə götürülmüş Quliyev "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.
 
Sport7.az
 

Xəbər lenti