AZVİF-in nümayəndələri təmizlik aksiyasında iştirak etdi (FOTOLAR)

AZVİF-in nümayəndələri təmizlik aksiyasında iştirak etdi (FOTOLAR)

Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri təmizlik aksiyasında işrirak edib.
 
Sport7.az xəbər verri ki. qurum nümayəndələri Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar keçirilən aksiyanın iştirakçısı olub. 
 
Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.

Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir və bu gün Zağulba çimərliyində ASAN Xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə sahilyanı ərazi tullantılardan təmizlənib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR