Azyaşlı xərəkdaşıyanlar

Azyaşlı xərəkdaşıyanlar "Qarabağ"ı ziyana saldı

İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Divizionun 9-cu turuna həsr olunmuş hissəsində aşağıdakı qərarlar qəbul olunub. 

31 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun IX  turunun "Neftçi-2” – "Səbail-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 81-ci dəqiqəsində "Neftçi-2” klubunun 39 №-li futbolçusu Əlibəy Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 90+1-ci dəqiqəsində "Səbail-2” klubunun 92 №-li futbolçusu Ruslan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
 
1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun IX  turunun "Keşlə-2” – "Qarabağ-2” matçında "Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyun zamanı xərək daşıyan uşaqların yaşı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur (maddə 64.2).
 
1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun IX  turunun "Sumqayıt-2” – "Sabah-2” matçının 67-ci dəqiqəsində "Sabah-2” klubunun 3 №-li futbolçusu Eldost Qiyasbəyli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
 
1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun IX  turunun "Ağsu” – "Turan Tovuz” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
3 noyabr 2019-cu il, Region Liqasının "Şahdağ” – "Qusar” matçının 42-ci dəqiqəsində "Xudat” klubunun 4 №-li futbolçusu Telman Ağabalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR