Babayev

Babayev "Tokio-2020"yə lisenziya qazandı

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Sport7.az xəbər verir ki, üçtəkanla tullanma növündə çıxış edən 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub. 

O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib. 

Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiada 24 iyul - 9 avqustda baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR