"Badmintonçularımız" turnirin qalibi oldu

Belarusun paytaxtı Minskdə keçirilən badminton üzrə "Belarus International 2018" turnirinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, kişilərin şəxsi yarışında finalda badmintonçumuz Edi Reski Dviçayo və Fransa təmsilçisi Leo Rossi üz-üzə gəlib.
 
Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada yekunda 2:1 (21-18, 15-21, 21-19) hesablı qələbə qazanan Edi "Belarus International 2018" turnirinin qalibi olub. Eyni uğura kişilərin qoşa yarışında da imza atmışıq. Yarımfinalda polşalı Aleksander Yablonski - Kristof Yakovçuk cütünə 2:0 (21-18, 23-21) hesabı ilə qalib gələn Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi finalda Fransa badmintonçuları Leo Rossi - Tomas Baures üzərində də inamlı qələbə qazanıb. 2:0 (21-18,21-14) Beləliklə, bu kateqoriyada da turnirin qalibi adını Azərbaycan badmintonçuları qazanıb.
 
Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Sabah Peşəkar İdman Klubunun üzvləridir.
 
Sport7.az

Xəbər lenti