Badmintonçularımızdan beynəlxalq yarışda uğursuzluq

Badmintonçularımızdan beynəlxalq yarışda uğursuzluq

Badmintonçularımız Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Future" seriyalı "Bulgarian International Championship 2019" turnirində çıxış edib.
 
Sport7.az xəbər verir ki, Səbuhi Hüseynov kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində ilk görüşünü Yunanıstan təmsilçisi Axilleas Tsartsidisə qarşı keçirib. 3 set davam edən qarşılaşmada idmaçımız rəqibinə 2:1 (18-21,21-16,21-11) hesabı ilə qalib gəlib. Hüseynov növbəti mərhələdə italiyalı Covanni Totiyə 0:2 (14-21,18-21) hesabı ilə uduzub.
 
Cahid Əlhəsənov isə kişi badmintonçuların şəxsi mübarizəsində ingiltərəli Loyd Skinnerə 0:2 (15-21,19-21) hesabı ilə məğlub olub.
 
Kişi badmintonçuların qoşa yarışında mübarizəyə 1/8 final mərhələsindən qatılan Cahid Əlhəsənov-Səbuhi Hüseynov tandemi bu mərhələdə Finlandiya təmsilçiləri Paul Yesper-Anton Monberq cütünə 0:2 (10-21,15-21) hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR