Badmintonçumuz beynəlxalq yarışda gümüş medal qazandı

Badmintonçumuz beynəlxalq yarışda gümüş medal qazandı

Badmintonçumuz Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series" turnirində gümüş medal qazanıb.
 
Sport7.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/16 finalda hindistanlı Abişek Yeligarı 2:0 (21-14,21-15) hesabı ilə məğlub edib. Edi növbəti mərhələdə Nigeriya badmintonçusu Anuoluvapo Juvon Opeyori üzərində 2:0 (21-15,21-15) qələbə qazanıb.
 
1/4 finalda Hindistan təmsilçisi Siddhart Pratap Singhlə görüşdən 2:1 (23-21,17-21,21-19) hesablı qələbə ilə ayrılan Edi finala gedən yolda polşalı Mixal Roqalskini mübarizədən kənarlaşdırıb. Rəqibinə 2:0 (21-13,21-9) hesabı ilə qalib gələn Dviçayo həlledici görüşdə hindistanlı Kiran Corca 0:2 (23-25,19-21) hesabı ilə uduzub.
 
Yarışın gümüş medalını qazanan Edi bu nəticə sayəsində aktivinə 2130 reytinq xalı yazdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR