Badmintonçumuz nüfuzlu yarışın finalında

Badmintonçumuz nüfuzlu yarışın finalında

Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirinin finalına yüksəlib.
 
Sport7.az xəbər veri ki, Edi yarımfinal görüşündə İngiltərə idmançısı Tobi Penti üzərində inamlı qələbə qazanıb. Dviçayo rəqibini 2:0 (21-12,21-18) hesabı ilə məğlub edib. İdmançımız finalda turnirin bir nömrəli reytinq favoriti hollandiyalı Mark Kaljou ilə qarşılaşacaq.
 
Mark Kaljou Dünya Badminton Federasiyasının reytinq cədvəlində 33-cü sıradadır. Kişilərin şəxsi kateqoriyasında final görüşü bu gün keçiriləcək. "International Challenge" seriyalı turnirin qalibi 4000 reytinq xalı qazanacaq.
 
Sprt7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR