Bakayoko "Milan"a gedir

Bakayoko
Ötən mövsüm "Çelsi"nin 45 milyon avroya "Monako"dan aldığı Bakayoko "Milan"a gedir.
 
Sport7.az xəbər verir ki, italyan klubu futbolçunu satınalma şərti ilə birlikdə icarəyə götürəcək. Bakayoko "Çelsi"nin yeni baş məşqçisi Maurisio Sarri tərəfindən Amerikadakı təlim-məşq toplanışına aparılmışdı. Hətta o dünən "Lion"la baş tutan yoldaşlıq görüşündə də meydana çıxmışdı.
 
23 yaşlı fransız futbolçu böyük ümidlərlə gəldiyi ingilis klubunda istədiyi qədər şans qazana bilmədiyi üçün klubunu dəyişmək niyyətindədi.
 
Sport7.az

Xəbər lenti