"Sabah" xal itirdi, "Neftçi"dən qələbə, bombardir dəyişdi - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə Bakıda 2 görüş keçirilib. Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb.
 
Digər oyunda "Neftçi" "Bakcell Arena"da "Keşlə"ni qəbul edib. "ASK Arena"da keçirilməli olan, lakin "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar yeri dəyişdirilən oyunda "Neftçi" inamlı qələbəyə sevinib - 3:1. Bu qollardan ikisini rəqib qapısından keçirən Namiq Ələsgərov bvombardirlik cədvəlində ilk pilləyə yüksəlib. O, hazırda "Qarabağ"ın hücumçusu Mahir Emrelini cəmi 1 top qabaqlayır. 
 
Tura "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq. Hər iki oyun sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 19-cu tur

16:00. "Sabah” – "Sumqayıt” 1:1
(Təmkin Xəlilzadə, 34 - Camləddin Xocaniyazov, 70) 
 
"Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomez

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
"Bank Respublika Arena”.

18:15. "Neftçi” – "Keşlə” 3:1
(Namiq Ələsgərov, 6, 64-p., Ömər Buludov, 19 - Azər Salahlı, 82) 
 
"Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
 
"Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza-Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 32. Elvin Yunuszadə, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov
 
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bakcell Arena".
 
N Klublar O Q H M T-F X
1 Neftçi 19 12 3 4 26-19 39
2 Qarabağ 18 10 6 2 42-13 36
3 Zirə 18 7 8 3 23-18 29
4 Sumqayıt 19 6 7 6 21-22 25
5 Qəbələ 18 5 6 7 16-26 21
6 Səbail 18 4 5 9 18-28 17
7 Keşlə 19 3 7 9 18-30 16
8 Sabah 19 4 4 11 19-27 16
 
Bombardir: Namiq Ələsgərov ("Neftçi") - 13 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR