Bakı dünya çempionatına ev sahibliyi edəcək

Bakı dünya çempionatına ev sahibliyi edəcək

Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib.

Assambleya çərçivəsində 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə keçirilib.

Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Afina şəhərində keçirilmiş Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri təqdimat keçiriblər.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR