Bakı

Bakı "İnter"i "Bavariya"dan 1 addım geridədir

Müxtəlif göstəricilərdə ən uzun seriyalara malik klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən iki Azərbaycan klubu da planetin fərqlənən klubları sırasına düşüb.
 
"Onluq”dakı təmsilçilərimiz "İnter”lə "Sumqayıt”dır. Sonuncular mənfi mənada fərqlənibsə, bakılıların nəticəsi göz oxşayır. Belə ki, Kaxaber Sxadadzenin yetirmələri 18 oyundur ki, 1-dən artıq qol buraxmır. Bu göstərici dünyada 7-cidir. 1-ci olan İspaniya "Sportinq”i (Xixon) 26 matçlıq seriaya malikdir. Məşhur Almaniya "Bavariya”sı isə "İnter”i 1 addım qabaqlayır.
 
"Sumqayıt” isə evdə 3-dən artıq qol vurduğu günü unudub. 27 ev matçında məhsuldarlığa həsrət qalan komanda dünyada 7-cidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR