"Bakı Marafonu - 2018"in qalibləri müəyyənləşdi

"Bakı Marafonu - 2018"in kişi və qadın qalibiləri müəyyənləşib.

Sport7.az xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub. O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.
 
Kişilər arasında isə ukraynalı İqor Olifirenko qalib olub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.
 
Sport7.az

Xəbər lenti