Bakı məktəbliləri arasında turnirə yekun vuruldu

Bakı məktəbliləri arasında turnirə yekun vuruldu
Nərimanov rayonundakı Məktəb–Lisey Kompleksinin meydançasında Bakı məktəbliləri arasında minifutbol üzrə turnirin final oyunu keçirilib.

Sport7.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi yarış 2006–2007-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunub.

Turnirdə birinci yeri Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası qazanıb. Nizami rayonu 61 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin şagirdləri üçüncü pillədə başa vurublar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
 
Sport7.az 

Xəbər lenti