"Bakı" "Qarabağa", "Neftçi" "Simurq"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçiriləcək. Sport7.Az xəbər verir ki, eyni gündə keçiriləcək turda 4 oyun baş tutacaq.Turun açılış oyununda autsayder "Bakı” son çempion "Qarabağ”ı qəbul edəcək. AZAL Şüvəlanda "Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Məlum "Araz Naxçıvan" əhvalatından sonra liderlik kürsüsünə oturan "Neftçi” səfərdə "Simurq”la qarşılaşacaq. Nəhayət, turun qapanış matçında "İnter” "Xəzər Lənkəran”la üz-üzə gələcək.

Topaz Premyer Liqası
12-ci tur

20 noyabr


14:00. Bakı - Qarabağ
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. AZAL - Qəbələ
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
Bakı. "AZAL Arena”.

17:00. Simurq - Neftçi
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev.
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu.

18:00. İnter - Xəzər Lənkəran
Hakimlər
: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
Bakı. "İnter Arena”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR