Bakı Qran Prisində fiasko

Bakı Qran Prisində fiasko

Şahmat üzrə FİDE Qran Prisinin Bakı mərhələsi başa çatıb. Sport7.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyiblər.

Aktivinə 5,5 yazdıran Rəcəbov turniri 8-ci pillədə başa vurub. Şəhriyar isə özbək Rüstəm Kasımcanovla eyni - 5 xal toplayaraq, 9-10-cu yerləri bölüşdürüb.

İsrail şahmatçısı Boris Gelfand və İtaliya təmsilçisi Fabiano Karauna hərəyə 6,5 xal toplayaraq, 1-2-ci yerləri bölüşdürüblər. Üçüncü yeri isə Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Sergey Karyakin (hamısı Rusiya) və Hikaru Nakamura (ABŞ) bölüşdürüblər. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR