Bakıda beynəlxalq həndbol turniri davam edir

Bakıda beynəlxalq həndbol turniri davam edir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinin ikinci günündə növbəti oyunlar keçirilib.

Sport7.az xəbər verir ki, ölkə çempionu "Bakı” ilə "Batumi”nin görüşü daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 42:40 hesabı ilə qonaqların xeyrinə nəticələnib. Digər təmsilçimiz "Məhsul” isə Gürcüstanın U-20 komandasını məğlubiyyətə uğradıb - 30:26.

Xatırladaq ki, turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə başa çatmışdı. "Bakı” Gürcüstanın U-20 komandasına 36:34, "Məhsul” isə "Batumi”yə 37:28 hesabı ilə qalib gəlmişdi.

Xatirə turnirinə mayın 11-də yekun vurulacaq. Yarışın sonuncu günü "Batumi” kollektivi Gürcüstanın U-20 komandası ilə, "Bakı” həndbolçuları isə "Məhsul”la üz-üzə gələcəklər.

Sport7.az

Xəbər lenti