Bakıda dünya çempionatı start götürür

Bakıda dünya çempionatı start götürür
Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək.
 
Sport7.az xəbər verir ki, veloparkda (Şıxov) keçiriləcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Daha sonra "Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
 
Sport7.az

Xəbər lenti